OpenAI səhmlərinin 5%-ni Tramp administrasiyasına təhvil verməyi təklif edib
OpenAI (ChatGPT-nin yaradıcısı-red.) səhmlərinin 5%-ni ABŞ prezident administrasiyasının nəzarətinə təhvil verməyi təklif edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat verib.
OpenAI-ın baş direktoru Sem Altmanın sözlərinə görə, şirkətdəki payın təhvil verilməsi süni intellekt sahəsindəki sürətli inkişafdan əldə edilən faydaları hökumətlə bölüşməyin ən yaxşı yoludur. Altman səhmlərin dividendlər alacaq və paylayacaq xüsusi bir dövlət fonduna yerləşdirilməsini təklif edir.
OpenAI, həm açıq şəkildə ticarət edilən şirkətlər, həm də hələ ilkin açıq təklif (IPO) keçirməyən OpenAI kimi digər süni intellekt şirkətləri üçün oxşar yanaşma təklif edir. Başqa kiminsə bu ideyanı dəstəkləyib-dəstəkləmədiyi məlum deyil.
Nəşr qeyd edir ki, şirkətin payının hökumətə təhvil verilməsi, süni intellektlə əlaqəli şirkətlərə getdikcə daha çox təzyiq göstərən Donald Tramp administrasiyası ilə yaxşı münasibətlərin qurulmasına kömək edə bilər.
Almaz Həsənli



















































































