ABŞ Panama kanalının Çin tərəfindən nəzarət altına alınmasına imkan verməyəcək

ABŞ Panama kanalının Çin tərəfindən nəzarət altına alınmasına imkan verməyəcək

2 İyul 11:50
Bəyəndim (1) Bəyənmədim (0)

Trampın sözlərinə görə, ABŞ administrasiyası Panam kanalının Çin nəzarətinə keçməsi halının qarşısını alacaq. Oxuməni.az xəbər verir ki, bu barədə TASS məlumat verir.

Şimali Dakota ştatında çıxış edən Tramp vurğulayıb ki, ABŞ Pekinə strateji əhəmiyyətli su yolunda təsirini artırmağa imkan verməyəcək. O, həmçinin kanalı Panamaya təhvil vermək qərarını yenidən tənqid edərək, bunu səhv adlandırıb.

“İndi isə Çin Panama kanalını nəzarətə almağa çalışır. Biz buna imkan verməyəcəyik”, — deyə Tramp bildirib. Onun sözlərinə görə, kanal ABŞ tərəfindən yaradılan ən bahalı və ən gəlirli obyekt olub.

Tramp dəfələrlə Panama kanalında ABŞ nəzarətini bərpa etmək niyyətində olduğunu bildirib və Çin ticarət iştirakını ABŞ-ın təhlükəsizliyi və ticarət maraqları üçün təhdid kimi qiymətləndirib. Panama kanalı ABŞ tərəfindən inşa olunub və 1999-cu ildə Torrihos-Karter müqaviləsinə əsasən Panamaya təhvil verilməyinə qədər ABŞ-ın nəzarətində olub. Bu razılaşma kanalın neytral statusunu və beynəlxalq gəmiçilik üçün açıq olmasını təmin edib.

Almaz Həsənli