Qazaxıstan parlamentinə namizədlərin irəli sürülməsi prosesi başlayıb
.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası çərşənbə günü keçirilən iclasda 23 avqusta təyin olunmuş kurultay (parlament) seçkilərinin təqvimini təsdiqləyib.Bu barədə Vlast.kz məlumat yayıb
Namizədlərin irəli sürülməsi 2 iyulda başlayacaq və 13 iyul saat 18:00-dək davam edəcək. Partiya siyahılarının qeydiyyatı 23 iyul saat 18:00-da başa çatacaq.
Seçki kampaniyası 23 iyul saat 18:00-dan 22 avqust saat 00:00-dək başlayacaq. Seçki məntəqələrinin sərhədləri 16 iyula qədər dərc olunmalı və seçici siyahıları 7 avqustdan etibarən yerli icra hakimiyyəti orqanları tərəfindən baxılması üçün təqdim edilməlidir.
22 avqust 2026-cı il sükut günüdür və seçkilərin özü 23 avqustda saat 07:00-dan 20:00-dək keçiriləcək. Bundan sonra ərazi seçki komissiyaları səsləri saymağa başlayacaq. Mərkəzi Seçki Komissiyasının seçki nəticələrini təsdiqləmək üçün on günü olacaq.
Əziz MUSTAFA



















































































