ABŞ B-52 Stratofortress bombardmançı təyyarələrini Böyük Britaniya bazasından çıxarıb

ABŞ B-52 Stratofortress bombardmançı təyyarələrini Böyük Britaniya bazasından çıxarıb

2 İyul 07:57
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 Stratofortress strateji bombardmançı təyyarələri İrana qarşı döyüş əməliyyatlarında istifadə üçün yerləşdirildikləri Böyük Britaniyanı tərk edib. Bu barədə The War Zone (TWZ) məlumat yayıb.

Veb saytın məlumatına görə, üç təyyarədən ibarət iki qrupda altı bombardmançı təyyarə 1 iyulda Fairford Hərbi Hava Qüvvələri bazasından yola düşüb. Nəşr qeyd edir ki, bu təyyarələrdən İslam Respublikası ərazisinə zərbələr endirmək üçün istifadə olunub.

B-52 Stratofortress təyyarələrinin Böyük Britaniyadan çıxarılması ABŞ-ın zəruri hallarda İrana qarşı hücumlarını bərpa etməsinə mane olmayacaq. On iki B-1 Lancer strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbindəki hava bazasında qalacaq. Vaşinqton həmçinin birbaşa ABŞ-da yerləşən B-52, B-1 və B-2 bombardmançı təyyarələrindən də İrana hücumlarda istifadə edə biləcək.

Əziz MUSTAFA