Baş Qərargah: Moskva yaxınlığındakı Rusiya Kosmik Rabitə Mərkəzinə endirilən zərbə böyük dağıntılara səbəb olub
Moskva yaxınlığındakı strateji hərbi obyektə dəyən ziyan əvvəllər bildirildiyindən daha geniş miqyaslı olub. Yeni tapıntılar əldə edilən məlumatları təhlil etdikdən sonra təsdiqlənib.
Oxuməni.azın verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi açıqlamada bildirilib.
Baş Qərargah Moskva vilayətindəki Beloomut kəndi yaxınlığındakı Rusiya Silahlı Qüvvələrinin Kosmik Rabitə Mərkəzinə dəyən ziyanı təsdiqlədiyini bildirib. Obyektə endirilən zərbə iyunun 26-da baş verib.
Hərbçilərin sözlərinə görə, bu mərkəz ölkənin mərkəzi bölgəsində Rusiya ordusu üçün daha modernləşdirilmiş və güclü bir rabitə mərkəzidir.
Zərbə nəticəsində Ukrayna Müdafiə Qüvvələri kompleksin əsas texniki binasına, böyük antenalarına və parabolik antenaları olan qülləyə zərbə endirib. Baş Qərargahın dəqiqləşdirdiyinə görə, bəzi antenna avadanlıqları məhv edilib.
Ukrayna sərhədindən 500 kilometrdən çox məsafədə yerləşən obyekt Rusiya tərəfindən peyk rabitəsi, kəşfiyyat və qoşunların koordinasiyası üçün istifadə olunur.
Əziz Mustafa



















































































