Birləşmiş Ərəb Əmirliklərində ilk sərnişin dəmir yolu şəbəkəsi istifadəyə verilib

Birləşmiş Ərəb Əmirliklərində ilk sərnişin dəmir yolu şəbəkəsi istifadəyə verilib

14:20
Bəyəndim (1) Bəyənmədim (0)

30 iyundan etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sərnişin daşımaları üçün milli dəmir yolu şəbəkəsi fəaliyyətə başlayıb.

İlk reys Oman körfəzi sahilindəki Fuceyrədən Əbu-Dabiyə qədər həyata keçirilib, 250 km məsafə bir saat qırx beş dəqiqəyə qət edilib. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hazırda "Etihad Rail" operatoru şəbəkənin "ilkin istismar mərhələsində" işləyir. Hərəkətə başlamazdan əvvəl qatarlara 15-33 dollar qiymətində 10 min bilet satılıb. Şirkətin parkında hər biri 400 sərnişin tutumlu 13 qatar var.

Dəmir yolu şəbəkəsi gələn ilin mart ayına qədər genişləndiriləcək. Sentyabrın 30-da Dubay və Əl-Daid dəmir yolu stansiyaları, dekabrın sonunda isə Əl-Dafra stansiyası açılacaq. Sonuncu Şarja stansiyası açılacaq. 900 kilometr uzunluğunda olan şəbəkə 11 şəhəri, Oman körfəzini Fars körfəzi ilə birləşdirməli, əmirliklərdən, Əbu-Dabinin daxili bölgələrindən və Səudiyyə Ərəbistanı ilə sərhəddəki Qüveyfata qədər uzanacaq. Şəbəkə beynəlxalq turizmdən daha çox daxili sərnişin axını üçün nəzərdə tutulub.

Almaz Həsənli