Sırski bəyan edib ki, Rusiya Çerniqov vilayətində yeni hücuma başlaya bilər
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiya qoşunlarının Bryansk vilayətindən Çerniqov vilayətinə yeni hücum ehtimalını real adlandırıb. Lakin o, Rusiyanın Belarus tərəfindən yeni hücum variantını az ehtimal olunan hesab edir.
Oxuməni.az xəbər verir ki, Baş Komandanla müsahibə 1+1 telekanalı tərəfindən iyunun 30-u axşam yayımlanıb.
Jurnalistin Belarusda Ukrayna ilə sərhəddə hərbi infrastrukturun inkişafı ilə bağlı sualına Sırski cavab verib ki, bu ərazidə hələlik Rusiya qoşunlarının heç bir cəmləşməsi müşahidə olunmur.
Lakin onun məlumatına görə, Rusiya hakimiyyəti Kiyevə təkrar hücum variantlarını hələ də nəzərdən keçirir.
"Biz bilirik ki, Putin Rusiya Baş Qərargahına hücum əməliyyatının müxtəlif variantlarını, o cümlədən Kiyevi ələ keçirmək məqsədilə Belarus ərazisindən aparılacaq əməliyyatları hesablamağı tapşırıb", - o bildirib.
Lakin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bu variantları real hesab etmir.
"Son hadisələri nəzərə alaraq, mən düşünmürəm ki, Belarus rəhbərliyi öz ərazisindən istifadə etməyə və onu təcavüzkara hücum əməliyyatı keçirmək üçün plasdarm kimi təqdim etməyə qərar verəcək", - o deyib.
Onun sözlərinə görə, bu hücumun məqsədləri sərhəd zonasında Ukrayna ərazisinin ələ keçirilməsi və Ukrayna Silahlı Qüvvələrinin qüvvələrinin ölkənin şərqindəki cəbhə xəttindən yayındırılması ola bilər.
Eyni zamanda, Sırski vurğulayıb ki, Ukraynanın şimalındakı ərazi hücum əməliyyatları üçün çox çətindir. Çoxsaylı bataqlıq ərazilər, az sayda yol və ağır zirehli texnika üçün uyğun körpülər var.
Almaz Həsənli



















































































