Tramp: İranla razılığa gələ bilməsək müharibəni bərpa etməyi düşünürəm

Tramp: İranla razılığa gələ bilməsək müharibəni bərpa etməyi düşünürəm

12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Tramp İranla razılıq əldə edilməyəcəyi təqdirdə onlara qarşı müharibəni bərpa edə biləcəyini deyib. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Reuters-in yaydığı məlumatda bildirilir.
O, bu məsələ ilə bağlı bir neçə dəfə hədələyici bəyanatlar versə də, indiyə qədər bununla bağlı hər hansı addım atmayıb.

Mənbələrə görə, Tramp son günlərdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə bir neçə dəfə danışıqlar aparıb. Müzakirələr ABŞ-ın danışıqlardan imtina edib İrana qarşı tammiqyaslı hücumlara davam edib-etməməsi məsələsinə yönəlib.

Heç bir qərar sonda verilməsə də, Tramp köməkçilərinə bildirib ki, o, tammiqyaslı hücumların daha bir mərhələsinin diplomatiyanı poza biləcəyinə və Vaşinqtonun İranın nüvə proqramını birdəfəlik ləğv etmək şanslarını sarsıda biləcəyinə inanır.

Eyni zamanda, prezident bildirib ki, Tehran həftəsonu döyüşlərinə səbəb olan "anlaşma memorandumu"nu pozduğuna görə , hazırda İrana qarşı birdəfəlik zərbələr endirmək əmri verməklə kifayətlənir.

Əziz MUSTAFA