Somalidə Türkiyənin F-16 qırıcı təyyarələri ilə Əş-Şəbaba qarşı əməliyyat keçirilib
Somali ordusu və Türkiyə Silahlı Qüvvələrinin Aşağı Şabel bölgəsində Əş-Şəbaba qarşı apardığı hava əməliyyatları nəticəsində qrupun ən azı 35 üzvü zərərsizləşdirilib, 20-dən çoxu yaralanıb. Əməliyyatlarda Türkiyənin F-16 qırıcı təyyarələri iştirak edib.
Somali ordusu və Türkiyə Silahlı Qüvvələrinin Aşağı Şabel bölgəsində Əş-Şəbab terror təşkilatına qarşı apardığı hava əməliyyatları zamanı qrupun ən azı 35 üzvünün zərərsizləşdirildiyi bildirilir.
Somali Müdafiə Nazirliyi yazılı açıqlamada əməliyyatların F-16 qırıcı təyyarələri ilə həyata keçirildiyini, mağaraları, silah anbarlarını və Əş-Şəbab üzvlərinin istifadə etdiyi sığınacaqları hədəf aldığını qeyd edib. Hava hücumlarında ən azı 35 Əş-Şəbab üzvünün öldürüldüyü, 20-dən çox üzvünün isə ağır yaralandığı bildirilib.
Bəyanatda hücumlardan sonra hədəf bölgəsində çoxsaylı güclü partlayışların baş verdiyi bildirilib. Bu, qrupa məxsus sursat anbarlarının, partlayıcı maddələrin və hərbi texnikanın olduğunu göstərir. Həmçinin, əməliyyat bölgəsində terror hücumları üçün hazırlanmış bomba yüklü avtomobillərin, eləcə də təşkilat üzvlərinin olduğu bildirilib.
Bəyanatda terrorizmlə mübarizədə göstərdikləri dəstəyə görə beynəlxalq tərəfdaşlara minnətdarlıq bildirilib və Əş-Şəbaba qarşı əməliyyatların davam edəcəyi vurğulanıb.
Əziz Mustafa




































































.jpg)















