Qızılın qiymətləri demək olar ki, 18 ilin ən kəskin ucuzlaşmasını yaşayır

Qızılın qiymətləri demək olar ki, 18 ilin ən kəskin ucuzlaşmasını yaşayır

13:26
Bəyəndim (1) Bəyənmədim (0)

Qızıl öz rekord yüksəkliyindən getdikcə uzaqlaşaraq, davamlı olaraq ucuzlaşır.

Bu gün bir unsiyanın dəyəri daha 1,5% azalaraq təxminən 3957 dollara düşüb. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İyun ayında isə metal dəyərinin 12,7%-ni itirib. Bu, 2008-ci ilin payızından bəri ən pis aylıq nəticədir. Eyni zamanda, yanvar 2026-cı ildə nail olunan 5608,35 dollarlıq tarixi zirvədən qiymətlər artıq təxminən 30% geriləyib.

Bir müddət əvvəl investorlar Yaxın Şərqdəki münaqişə fonunda qızılı aktiv şəkildə alırdılarsa, indi diqqət başqa bir problemə - ABŞ-dakı inflyasiyaya və faiz dərəcələrinin mümkün artımına yönəlib.

Bazar ilin sonuna qədər Federal Ehtiyat Sistemi (FES) tərəfindən üç faiz dərəcəsi artımını artıq nəzərdə tutur. Yüksək faiz dərəcələri adətən qızılı investorlar üçün daha az cəlbedici edir, çünki bu aktiv faiz gəliri gətirmir.

Dollarin möhkəmlənməsi də qiymətlərə əlavə təzyiq göstərir, çünki dollar artıq ardıcıl ikinci ayda artımla başa vurur.

Bu həftə investorlar ABŞ əmək bazarından yeni məlumatları gözləyirlər. Əgər bu məlumatlar ABŞ iqtisadiyyatının möhkəmliyini təsdiqlərsə, FES faiz dərəcələrini daha da artıra bilər.

Qızıl üçün belə bir ssenari əlverişsiz hesab olunur, buna görə də qiymətlər daha da aşağı düşə bilər.

Ümumilikdə, qiymətli metal üçün proqnozlar hələ də təmkinli qalır. Belə ki, Marex şirkətinin analitiki Edvard Meyr, ikinci yarım ildə qızılın bir troy unsiyasının 3500 ilə 4400 dollar arasında ticarət olunacağını düşünür.

Qeyd edək ki, digər qiymətli metallar arasında gümüş 1,3% ucuzlaşaraq bir unsiyası 57,53 dollara (bir qramı 1,85 dollar), platin 0,7% itirərək bir unsiyası 1 563,25 dollara (bir qramı 50,3 dollar) düşüb, baxmayaraq ki, paladiyum 0,4% bahalaşaraq bir unsiyası 1 218,07 dollara (bir qramı 39,2 dollar) yüksəlib. Hər üç metal da ayı və rübü azalma ilə başa vurur.

Almaz Həsənli