Uitkoff İranla danışıqlar üçün Qətərə uçub

Uitkoff İranla danışıqlar üçün Qətərə uçub

10:18
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, çərşənbə axşamı Amerika-İran danışıqlarının gözlənildiyi Qətərin paytaxtı Dohaya yollanıb. Oxuməni.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Uitkoff hazırda Dohaya gedir", - deyə telekanal iki ABŞ rəsmisinə istinadən bildirib.

CNN qeyd edir ki, Amerika prezidentinin kürəkəni Cared Kuşnerin Uitkoffu müşayiət edib-etmədiyi barədə məlumat yoxdur.

Daha əvvəl Tramp çərşənbə axşamı Dohada planlaşdırılan Amerika-İran danışıqlarını elan etmişdi. Lakin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai daha sonra bildirib ki, Tehran yaxın günlərdə Qətərdə Amerika tərəfi ilə təmas qurmağı planlaşdırmır.

Almaz Həsənli