Moskva  NATO və Ukraynanı Rusiya hava bazalarına hücum planlaşdırmaqda ittiham edir

Moskva NATO və Ukraynanı Rusiya hava bazalarına hücum planlaşdırmaqda ittiham edir

11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nu Rusiya hava bazalarına, xüsusən də ölkənin daxili ərazilərinə hücum etmək üçün kütləvi qırğın silahları hazırlamaqda ittiham etdi.

Onun sözlərinə görə, məsələ Rusiya ərazisinin dərinliklərində də daxil olmaqla, Rusiya aerodromlarının və aviabazalarının kütləvi məhv edilməsi və uzunmüddətli sıradan çıxarılması üçün silahların hazırlanması ilə bağlıdır.

"Ukrayna-NATO alyansının aqressiv hərəkətləri Rusiya ordusuna ölkəmizə qarşı istifadə edilən silahların hazırlanması və istehsalında iştirak edən istənilən müəssisəyə hücum etməyə hazırlaşmasına şübhə üçün əlavə əsaslar verir. Məhz bu baxımdan həm mövcud vəziyyəti, həm də onun daha da gərginləşməsi perspektivlərini qiymətləndirəcəyik", - Zaxarova bildirib.

Onun sözlərinə görə, Kiyev guya "NATO-nu Rusiya ilə birbaşa silahlı münaqişəyə cəlb etmək üçün çoxdan arzuladığı səyləri gücləndirir".

Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte Rusiyaya müraciət edərək Alyansın öz ordusundan daha güclü olduğunu başa düşməli olduğunu vurğuladı.

Əziz Mustafa