İsrailin Müdafiə Naziri İranla müharibənin yenidən başlaya biləcəyini deyir
İsrail Müdafiə Naziri İsrail Katz İranla müharibənin yaxın günlərdə yenidən başlamasının mümkün olduğunu söyləyir.
"Bu gündən etibarən İranla müharibə vəziyyətində ola bilərik. Siyasətimizi təkrarlayıram: İran İsrailə raket atsa, İsrail İrana güclə zərbə endirəcək. Bu, bir neçə gün ərzində baş verə bilər. İsrail Müdafiə Qüvvələri bunu gözləyir və yüksək hazırlıq vəziyyətindədir", - Katz İsrail jurnalistləri üçün keçirilən brifinqdə bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə Ynet portalı tərəfindən yayılan məlumatda deyilir.
İsrail Müdafiə Nazirinin sözlərinə görə, İranla müharibənin yenidən başlaması üçün iki ssenari var: “Birincisi, ABŞ lideri Donald Trampın Tehranla danışıqların bitdiyini və hücum etmək qərarına gəldiyini qərara alması, ikincisi isə İranın İsrailə hücum etməsidir”, - deyə o bildirib və İsrailin “Prezident Trampın seçdiyi yola müdaxilə etmək istəmədiyini” qeyd edib.
Daha sonra o əlavə edib: “İran hücum edərsə, Üçüncü İran müharibəsi olacaq”.
Müdafiə nazirinin sözlərinə görə, İran İsrailin Livana hücumlarına cavab olaraq SAXAL-a zərbələr endirməyi nəzərdən keçirir və bu baş verərsə qarşı tərəfin strateji obyektlərinə sarsıdıcı zərbələr endiriləcək.
Əziz Mustafa




















































































