Aleksandr Lukaşenko Çində işgüzar səfərdədir

Aleksandr Lukaşenko Çində işgüzar səfərdədir

16:07
Bəyəndim (1) Bəyənmədim (0)

ÇXR sədri Si Cinpin və Belarus prezidenti Aleksandr Lukaşenko Pekindəki Diaoyutay dövlət iqamətgahında görüşüblər. Oxuməni.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (ÇMT) məlumat yayıb.

"İyunun 29-da səhər saatlarında ÇXR sədri Si Cinpin Pekindəki Diaoyutay dövlət iqamətgahında Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə görüşüb", - deyə məlumatda bildirilir.

BelTA-nın məlumatına görə, Çin Belarus liderinin Şərqi və Cənub-Şərqi Asiya ölkələrinə geniş səfərinin ilk dayanacağı olub. Qeyd olunur ki, Asiya dövlətləri ilə əməkdaşlıq etmək istəyi Belarusun xarici siyasət prioritetlərindən biridir və onun çoxvektorlu siyasətini də əks etdirir.

Almaz Həsənli