Rusiya diktatoru Vladimir Putin: Rusiya üçün "taleyüklü" dövr başlayıb
Rusiya diktatoru Vladimir Putin Vahid Rusiya partiyasının seçkiqabağı qurultayında iştirak etdi və orada hazırkı dövrü ölkəsi üçün "taleyüklü" adlandırdı. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mediasının yaydığı məlumatda deyilir.
Putin konqres nümayəndələri qarşısında çıxışında Qərbin Rusiyanı hərbi cəhətdən məğlub etməkdə aciz olduğuna inandığını və buna görə də digər təzyiq formalarına əl atdığını bildirdi.
Diktator həmçinin qeyd edib ki, guya Rusiya "sınaqdan keçirilir" və onun fikrincə, "ənənəvi olaraq şər yolunda dayanan" qlobal oyunçu kimi aradan qaldırılmasına cəhdlər edilir. Bu açıqlamalar dörd ildir Ukraynaya qarşı təcavüzkar müharibə aparan ölkənin liderindən gəlib.
Putin Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya hərbi qulluqçularını Rusiya cəmiyyətinin "əsl elitası" adlandırıb.
Xatırladaq ki, iyun ayında Ukrayna qüvvələri Rusiya müdafiə zavodlarına və yanacaq-energetika obyektlərinə rekord sayda zərbələr endiriblər.
Əziz Mustafa













.jpg)






































































