ÜST Avropada istidən 1300 ölüm hadisəsi qeydə alıb
Avropada istidən 1300-dən çox vaxtından əvvəl ölüm hadisəsi baş verib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus bunu 28 iyunda açıqlayıb.
"21 iyundan bəri Avropada yüksək temperaturla əlaqəli 1300-dən çox ölüm hadisəsi qeydə alınıb", - deyə o, X sosial media platformasında (əvvəllər Twitter) yazıb.
Ghebreyesusa görə, isti stress tez-tez "səssiz qatil" adlanır, çünki onun təsirləri həmişə dərhal nəzərə çarpmır. O qeyd edib ki, Avropa ən sürətli istiləşən qitədir və istiləşmə sürəti qlobal orta göstəricidən iki dəfə çoxdur.
ÜST rəhbəri Avropa evlərinin, iş yerlərinin və məktəblərin bu cür temperatur nəzərə alınmaqla tikilmədiyini vurğuladı.
Elə həmin gün Le Parisien qəzeti Fransada 24 iyundan bəri qeyri-adi istilər səbəbindən təxminən 1000 ölüm hadisəsi qeydə alındığını bildirdi. Santé publique France milli səhiyyə xidmətinin məlumatına görə, 24-26 iyun tarixləri arasında ölüm sayı 900-1000-dən 1200-1400-ə yüksəldi.
İyunun sonunda bir neçə Qərbi Avropa ölkəsində istilər baş verdi. Reuters agentliyi 27 iyunda bildirib ki, Fransa şəhərlərinin sakinləri şiddətli istilər səbəbindən müvəqqəti olaraq kondisionerli otellərə köçüblər. Agentliyin məlumatına görə, iyunun 24-də Parisdə temperatur rekord həddə çatıb - 40,9 dərəcə Selsi .
Reuters agentliyi həmçinin iyunun 27-də istilərin Almaniyanda 41 dərəcə Selsi dərəcəni keçərək yeni bir rekord həddə çatdığını bildirib. Yüksək temperatur artıq dəmir yolu xidmətini və elektrik enerjisi istehsalını dayandırıb, bir neçə kütləvi tədbirin ləğv edilməsinə və bəzi məktəblərin bağlanmasına səbəb olub.
Əziz Mustafa

















.jpg)


































































