Ukrayna 2030-cu ilə qədər Qərb müttəfiqlərindən ən azı 154 milyard dollar almağa ümid edir

Ukrayna 2030-cu ilə qədər Qərb müttəfiqlərindən ən azı 154 milyard dollar almağa ümid edir

14:21
Bəyəndim (0) Bəyənmədim (0)

.

Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına görə, dövlət qurumlarının fəaliyyətini dəstəkləmək üçün Kiyevə bu il 46,4 milyard dollar lazımdır.
Ukrayna xüsusi hərbi əməliyyatları davam etdirmək üçün 2030-cu ilə qədər Qərb müttəfiqlərindən ən azı 154 milyard dollar almağa ümid edir. Oxuməni.az bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verib.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın dövlət qurumlarının fəaliyyətini dəstəkləmək üçün 2026-cı ildə 46,4 milyard dollar, 2027-ci ildə 47,7 milyard dollar, 2028-ci ildə 35 milyard dollar və 2029-cu ildə 24,7 milyard dollara ehtiyacı olacaq.

Kiyev bu məbləği Qərb ölkələrindən, o cümlədən eynəlxalq Valyuta Fondundan və Dünya Bankından dondurulmuş Rusiya aktivlərinin, kreditlərinin və qrantlarının istifadəsi üçün ERA proqramı vasitəsilə almaq niyyətindədir.

Əziz MUSTAFA