Volqoqrad raket hücumuna məruz qaldı: İsgəndər-M raket sistemi istehsal zavodu vuruldu
27 iyun şənbə günü səhər dronlar Volqoqradda İsgəndər-M raket sistemi istehsal zavoduna zərbələr endirib. Zavodda güclü partlayışlar eşidilib və yanğın başlayıb.
Bu barədə Oxuməni.az Rusiya Telegram kanallarına istinadən məlumat verib.
Təxminən saat 4:50-də (Bakı vaxtı ilə) Rusiya mətbuatı Volqoqrad bölgəsinə raket təhlükəsi barədə məlumat verməyə başladılar. Penza, Orenburq və Samara vilayətlərinin, eləcə də Tatarıstanın sakinlərinə də raket təhlükəsi barədə xəbərdarlıq edilib.
OSINT qrupları Titan-Barrikadi zavoduna dron zərbələri endirildiyi barədə məlumat verib. Bu, Volqoqradın ən qədim və ən böyük müəssisələrindən biridir. Xüsusilə, zavod buraxılış qurğuları, artilleriya sistemləri və raket sistemləri üçün komponentlər, yəni İsgəndər-M, Yars və Topol-M istehsal edir.
Bu zavod 2022-ci ildən bəri beynəlxalq sanksiyalar altındadır. Bunun səbəbi Rusiya ordusu üçün silah istehsalıdır.
Xatırladaq ki, bu həftənin əvvəlində, 22 iyunda ruslar Voronejdə partlayışlar barədə məlumat vermişdilər. Daha sonra məlum oldu ki, Ukrayna qüvvələri Voronej yarımkeçirici zavodu "Sborka"ya raket hücumu ediblər.
Həmçinin, 29 mayda Volqoqradda Rusiyanın ən böyük neft emalı zavodlarından biri olan Lukoil-Volqoqradneftepererabotkaya dronların hücum etdiyi barədə məlumat verilmişdi.
Əziz Mustafa



















































































