App Store-dan VK Video və «Оdnoklassniki» silinib

App Store-dan VK Video və «Оdnoklassniki» silinib

13:17
Bəyəndim (1) Bəyənmədim (0)


25 iyun tarixində App Store-dan VK holdinqinə məxsus bir neçə tətbiq yoxa çıxıb. Xüsusilə, «Dzen», VK Video, VK Messenger, VK Music, VK Tanışlıqlar tətbiqləri əlçatan deyil. Oxuməni.az xəbər verir ki, bu barədə RBC mılumat verib.
Bundan əlavə, Apple mağazasında «Оdnoklassniki» sosial şəbəkəsinin tətbiqi mövcud deyil. Lakin dərc olunduğu vaxt iOS istifadəçiləri «ВКоntакtе» sosial şəbəkəsinin tətbiqini yükləyə bilirdilər.
Holdinqin mətbuat xidmətindən bildirilib ki, VK heç vaxt sanksiyalar altında olmayıb. «Rəsmi hüquqşünas rəyləri və bütün zəruri məlumatlar uzun müddətdir Apple-ın ixtiyarındadır. Buna baxmayaraq, Apple xəbərdarlıq etmədən tək tərəfli qaydada VK tətbiqlərini silib», — mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Rusiya App Store-dan 1213 tətbiq silinib.
Almaz Həsənli