Polşada ukraynalılara qaçqın statusu verməkdən kütləvi şəkildə imtina edirlər

Polşada ukraynalılara qaçqın statusu verməkdən kütləvi şəkildə imtina edirlər

11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Polşanın bəzi şəhərlərində ukraynalılara PESEL UKR-in müvəqqəti müdafiə statusundan kütləvi şəkildə imtina edilməyə başlandı. Əvəzində vətəndaşlara iqtisadi miqrantı statusu və xüsusi güzəştlər nəzərdə tutmayan NUE statusu verilir. Bu barədə Oxuməni.az “Gazeta Prawna”ya istinadən xəbər verir.

Polşa icmaları öz yanaşmalarını dəyişərək ukraynalıların kömək almasını çətinləşdirib. Xüsusi UKR statusu əvəzinə onlara getdikcə adi status verilir - bu NUE işarəsidir. Bu o deməkdir ki, həmin şəxs iqtisadi miqrantdır.
Bu təcrübə bir çox şəhər icmalarında yayılır. Rəsmilər nəzarəti gücləndirir və hər bir müraciəti diqqətlə öyrənirlər. Rəsmilər hesab edir ki, insanlar birbaşa həyat təhlükəsi səbəbindən deyil, iş üçün səyahət edirlər.
Aşağıdakı kateqoriyalar xüsusi nəzarətə məruz qalır:

  • aktiv hərbi əməliyyatların aparılmadığı bölgələrin sakinləri;
  • başqa təhlükəsiz ölkədən Polşaya daxil olmuş şəxslər;
  • Aİ ölkələrində artıq müdafiəsi və ya vizası olan vətəndaşlar.

Jurnalistlər hüquqi ziddiyyəti qeyd edirlər. Hazırkı Polşa qanunvericiliyi hələ də qaçqınların tərəfindədir. Xüsusi qanun bütün ukraynalıların müdafiəsinə zəmanət verir. Bununla belə, yerli hakimiyyət orqanları özlərinə məxsus şəkildə hərəkət edirlər. Bələdiyyələr qaydaları müstəqil şəkildə şərh edirlər.

Əziz MUSTAFA