The Atlantic: ABŞ-ın Avropa və Afrikadakı komandanı istefa verməyə hazırlaşır

The Atlantic: ABŞ-ın Avropa və Afrikadakı komandanı istefa verməyə hazırlaşır

10:00
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Ordusunun (quru qoşunlarının) Avropa və Afrikadakı komandanı general Kristofer Donaxyu bu yay təqaüdə çıxmaq niyyətindədir. O məsələ ilə bağlı qəbul edəcəyi qərarını 24 iyunda açıqlayacaq. Bu barədə The Atlantic öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Donaxyu bu yay vəzifəsindən ayrılacağını sabah elan etməsi gözlənilir. Vəziyyətlə tanış olan iki mənbə bizə bildirib. "Donaxyu müdafiə naziri Pit Heqsetin yüksək rütbəli hərbçilərdən təmizlənməsinin son qurbanıdır. Donaxyunun vəzifədə cəmi 18 ay işlədikdən sonra qəfil getməsi dəyişikliyin daha bir əlamətidir", - deyə nəşr qeyd edir.

Əziz MUSTAFA