Türkiyədə yaşayış binasının yaxınlığında naməlum dron qəzaya uğrayıb

Türkiyədə yaşayış binasının yaxınlığında naməlum dron qəzaya uğrayıb

07:52
Bəyəndim (2) Bəyənmədim (0)

Milliyet qəzetinin məlumatına görə, Türkiyənin Kastamonu əyalətində yaşayış binasının yaxınlığında naməlum dron qəzaya uğrayıb.

Dronun qalıqlarını yerli sakin Musa Zilan öz bağçasında yüksək səs eşidərək aşkar edib. Dron yaşayış binasından təxminən on metr aralıda qəzaya uğrayıb. Qəzadan sonra alovlanıb. İlkin hesablamalara görə, onun çəkisi 200 kiloqramı keçə bilər.

Türkiyənin Bartın əyalətindəki Qara dəniz sahillərində əvvəllər naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. Dron dalğalar onu sahilə çıxardıqdan sonra Amasra rayonundakı Çakraz çimərliyində tapılıb. Mütəxəssislər hazırda dronun mənşəyini araşdırırlar.

Əziz Mustafa