Ford və General Motors Patriot və Tomahawk raketlərinin istehsalına başlaya bilər
Amerikan şirkətləri Ford, General Motors və digər avtomobil istehsalçıları yaxın gələcəkdə ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün, o cümlədən Patriot zenit-raket kompleksləri üçün raketlər və Tomahawk qanadlı raketləri kimi silahların istehsalına başlaya bilərlər.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib. O, iyunun 24-də ən böyük Amerika müdafiə şirkətlərinin nümayəndələri ilə görüş keçirməyi planlaşdırdığını təsdiqləyib.
"Biz ölkə daxilində bir çox zavodlar tikirik. Hazırda General Motors və Ford ilə danışıqlar aparılır. Bildiyimə görə, General Motors silah istehsalına çox maraqlıdır. Onların bu məqsədlər üçün yenidən təchiz oluna biləcək bir neçə müəssisəsi var. Biz Patriot, Tomahawk raketləri və bir çox digər silah növlərini istehsal edəcəyik," - deyə Tramp bildirib.
Onun sözlərinə görə, hərbi-sənaye istehsalının genişləndirilməsi ABŞ-ın müdafiə potensialını gücləndirmək səylərinin bir hissəsi olacaq.
Almaz Həsənli



















































































