Konqo DR-da Eboladan ölənlərin sayı 260-ı keçib

Konqo DR-da Eboladan ölənlərin sayı 260-ı keçib

13:30
Bəyəndim (1) Bəyənmədim (0)


Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxanların sayı 1,05 min nəfərə çatıb. Artıq 267 nəfər virusdan ölüb. Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin rabitə nazirliyi sosial şəbəkə "X" səhifəsində məlumat yayıb.
Xəstəxanalarda və tibbi izolyasiya otaqlarında 371 xəstə nəzarət altındadır. Tam sağalanların sayı 112-yə çatıb. Ölüm göstəricisi 25,5% təşkil edir. Mayın 26-dan etibarən Cənubi Kivu əyalətində yeni yoluxma halları qeydə alınmayıb. Virusun yayılmasının episentri İturi əyaləti olaraq qalır.
Konqo və Uqandada Ebola virusunun yayılması mayın əvvəlində məlum olub. Konqo rəsmiləri xəstəlik hallarının artmasının Bundibugyo ştamından qaynaqlandığını, bu ştama qarşı hələlik peyvənd və dərmanların olmadığını bildiriblər. Vəziyyəti KDR-in silahlı münaqişələrin davam etdiyi əyalətlərində xəstəliyin yayılması daha da çətinləşdirir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu epidemiyanı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib. Təşkilatın qiymətləndirməsinə görə, peyvəndin hazırlanması altı-doqquz ay çəkə bilər.
Almaz Həsənli