Ermənistan Polşadakı Ukrayna üzrə konfransa təmsilçi göndərəcək

Ermənistan Polşadakı Ukrayna üzrə konfransa təmsilçi göndərəcək

12:42
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Polşanın Qdansk şəhərində keçiriləcək Ukrayna üzrə konfransda iştirak edəcək. Oxuməni.az xəbər verir ki, bu barədə NEWS.am Təhlükəsizlik Şurasının yaydığı məlumata istinadən bildirib.
"Qriqoryan iyunun 24-25-də Ukraynanın bərpası üzrə konfransda iştirak etmək üçün Qdansk şəhərinə işgüzar səfər edəcək", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna üzrə Qdanskda keçiriləcək konfransa Polşa həmkarı Karol Navrotskini dəvət etməyib. Ukrayna liderinin sözlərinə görə, Polşa prezidenti Ukraynanın Avropada yeri olmadığını, çünki bunun Polşa fermerləri üçün pis olduğunu iddia edir. Zelenski hesab edir ki, Navrotski bunu təkcə konfransı pozmaq və sonra baş nazir Donald Tuska təzyiq etmək üçün deyil, həm də "ictimai narazılığı qızışdırmaq" üçün edir.
İyunun 25-26-da Qdanskda Ukrayna üzrə konfrans (Ukraine Recovery Conference 2026, URC 2026) keçiriləcək. Tədbir Polşa və Ukrayna hakimiyyətləri tərəfindən birgə təşkil olunur.
Almaz Həsənli