Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

12:21
Bəyəndim (1) Bəyənmədim (0)


Ermənistan üzvlük haqqını ödəmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işçi orqanlarında səsvermə hüququndan məhrum edilə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
O izah edib ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, dövlət öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ona qarşı tədbirlər görülə bilər.
Zaxarova vurğulayıb ki, əgər dövlət iki ildir büdcə borcu ilə üzləşirsə, vətəndaşları kvota vəzifələrini irəli sürmək hüququnun dayandırılması və borclar tam ödənilənə qədər işçi orqanlarda səsvermə hüquqlarının itirilməsi ilə üzləşirlər.
18 iyunda KTMT-nin baş katibi Taalətbek Masadıkov Ermənistanın təşkilatın fəaliyyətində faktiki olaraq iştirak etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Yerevan üç ildir ki, üzvlük haqqını ödəmir.
Bundan əvvəl təşkilatın üzv dövlətlərinin xarici işlər nazirləri nizamnamənin müddəalarının Ermənistanın borclarına tətbiq edilməsi imkanlarını müzakirə ediblər.
Almaz Həsənli