Tramp: İranın dondurulmamış aktivləri ABŞ-dan ərzaq almaq üçün istifadə edilə bilər

Tramp: İranın dondurulmamış aktivləri ABŞ-dan ərzaq almaq üçün istifadə edilə bilər

11:30
Bəyəndim (1) Bəyənmədim (0)

Vaşinqton və Tehran arasında İsveçrədə aparılan danışıqlardan sonra İranın dondurulmamış maliyyə aktivləri yalnız ABŞ vasitəsilə ərzaq almaq üçün istifadə edilə bilər. Oxuməni.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu 22 iyunda Ağ Evdə jurnalistlərlə söhbəti zamanı açıqlayıb.

“RİA Novosti” onun sözlərini sitat gətirib: "Dondurulmamış pullar ərzaq almaq üçün istifadə olunacaq, ərzaq isə yalnız ABŞ vasitəsilə fermerlərimizdən alınacaq".

Siyasətçi vəsaitin soya, qarğıdalı və digər məhsulların alınması üçün istifadə olunacağını dəqiqləşdirib.

17 iyunda ABŞ və İran hərbi əməliyyatların dayandırılması haqqında memorandum imzalayıblar. Sənəddə tərəflərin müharibəni 60 gün ərzində bitirmək barədə razılığa gələcəyi qeyd olunur. Lakin 20 iyunda İran İsrailin Livandakı əməliyyatı səbəbindən yenidən Hörmüz boğazının bağlandığını elan edib. ABŞ prezidenti Donald Tramp nəticədə İslam Respublikasını məhv etməklə hədələyib.

Almaz Həsənli