ABŞ İran neftinə qarşı sanksiyaları 60 gün müddətinə ləğv etdi

ABŞ İran neftinə qarşı sanksiyaları 60 gün müddətinə ləğv etdi

10:34
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ Maliyyə Nazirliyi İran neftinin hasil edilməsinə, tədarükünə və satılmasına icazə verən 60 günlük müvəqqəti ümumi lisenziya verib. Oxuməni.az xəbər verir ki, bu barədə bazar ertəsi, ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessent, Vaşinqton və Tehran nümayəndələrinin İsveçrənin Bürgenştok şəhərində keçirilən danışıqlarının yekunlarına əsasən bildirib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərin Nəzarəti İdarəsinin (OFAC) sənədinə əsasən, lisenziya 21 avqust 2026-cı il tarixinədək qüvvədə olacaq. Bu lisenziya, İran neftinin, neft-kimya məhsullarının və neft məhsullarının Birləşmiş Ştatlara idxalına icazə verir, əgər belə əməliyyatlar onların satışı, çatdırılması və ya boşaldılması ilə bağlıdırsa. İcazə ABŞ sanksiyaları altında olan gəmilərin iştirak etdiyi əməliyyatlara da şamil edilir.
İran nefti və neft məhsullarının alınması üçün ödənişlər ABŞ dolları ilə, o cümlədən İrana, ölkə hökumətinə və ya sanksiyalara məruz qalan digər şəxslərə edilə bilər. Eyni zamanda, lisenziya Şimali Koreya, Kuba və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən olan şəxslərin iştirak etdiyi əməliyyatlara şamil edilmir və digər mövcud məhdudiyyətləri ləğv etmir.
Bessentin sözlərinə görə, İrandan gələn neftə qarşı sanksiyalardan müvəqqəti olaraq imtina edilməsi barədə qərar danışıqlarda əldə olunan razılaşmalar çərçivəsində qəbul edilib. "İsveçrədə davam edən məhsuldar danışıqlara uyğun olaraq, İran Hörmüz boğazından azad və açıq tranzit təmin etməyə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) inspektorlarının ölkəyə daxil olmasına icazə verməyə söz verib", - deyə o, X sosial şəbəkəsində yazıb.
Almaz Həsənli