Vəkil Abelardo de la Espriella Kolumbiyanın yeni prezidenti seçildi

Vəkil Abelardo de la Espriella Kolumbiyanın yeni prezidenti seçildi

14:53
Bəyəndim (1) Bəyənmədim (0)


Kolumbiyada vəkil Abelardo de la Espriella prezident seçkilərinin ikinci turunun nəticələrinə görə rəqibi, solçu namizəd Xuan Sepeydanı 49,66% səslə qabaqlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə "EL Tiempo" qəzeti məlumat yayıb.
Kolumbiya prezident seçkilərinin ikinci turu iyunun 21-də keçirilib. Səsvermə məntəqələrinin 99,99%-nin nəticələrinə əsasən, de la Espriella 12 959 542 səs (49,66%) alıb. Onun rəqibi Sepeydanı isə 12 708 712 nəfər (48,7%) dəstəkləyib.
De la Espriella Barranquillada çıxış edib. O, tərəfdarlarına təşəkkür edib, ölkə Konstitusiyasına hörmət edəcəyinə və Sepeydanı dəstəkləyənlər də daxil olmaqla, hüquqları qoruyacağına söz verib. Qələbəsinin rəsmi elanından sonra de la Espriella avqustun 7-də vəzifəsinin icrasına başlayacaq.
Kolumbiyanın yeni prezidentini qələbəsi münasibətilə ABŞ prezidenti Donald Tramp təbrik edib. Respublikaçı "Thurth Social"da "O, BÖYÜK FƏRQLƏ qazandı" yazıb.
ABŞ Dövlət katibi Marko Rubio da de la Espriellanı qələbəsi münasibətilə təbrik edib. O, "X" sosial şəbəkəsində "Trampin administrasiyası sizin gələcək administrasiyanızla sıx əməkdaşlıq etməyi gözləyir ki, Birləşmiş Ştatlara qeyri-qanuni miqrasiyanı dayandıraq və iqtisadi əlaqələrimizi gücləndirək" yazıb.
De la Espriella özü tərəfindən təsis edilmiş "Vətənin Müdafiəçiləri" hərəkatının müstəqil namizədidir. “Reuters” agentliyinin yazdığına görə, o, Kolumbiya vətəndaşlığı ilə yanaşı, İtaliya və ABŞ vətəndaşlığına da malikdir.
"The New York Times"ın məlumatına görə, prezidentlik uğrunda mübarizə zamanı Tramp sağçı namizədi dəstəklədiyini bildirib. O, iyunun əvvəlində "Truth Social"da "Bu seçkilərin nəticələri Kolumbiyanın gələcəyi və ABŞ ilə münasibətləri üçün çox vacibdir" yazıb.
Almaz Həsənli