Böyük Britaniyanın Baş naziri Kir Starmer 22 iyun bazar ertəsi günü istefa verəcəyini elan edəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasını 22 iyun bazar ertəsi günü elan edəcəyi ehtimal olunur. Bu barədə Britaniyanın The Observer nəşri öz mənbələrinə istinadən məlumat verib.
Nəşrin məlumatına görə, Starmer öz partiyasında artıq dəstəyi olmadığı üçün vəzifəsinin davam etdirilməsinin artıq mümkün olmadığı qənaətinə gəlib.
Eyni zamanda, Starmerin hakimiyyət boşluğu yaratmaq əvəzinə, vəzifəsindən getmə cədvəlini açıqlayacağı gözlənilir.
O, bu qənaətə hökumət nazirləri, müşavirləri, donorları və həmkarlar ittifaqı liderləri ilə bir sıra söhbətlərdən sonra gəlib. Nəşr qeyd edir ki, baş nazir son qərarı verməzdən əvvəl həftəsonu rəsmi ölkə iqamətgahı olan Chequersdə həyat yoldaşı ilə bu məsələni müzakirə edir.
Lakin Leyborist Partiyasının yüksək vəzifəli rəsmiləri onun gələcəyi ilə bağlı bazar ertəsi günü dəqiq bir açıqlama gözləyirlər.
Xatırladaq ki, müdafiə naziri Con Gili Starmeri və onun hökumətini artan təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün lazım olan maliyyəni təmin etməməkdə günahlandırdı.
Eyni zamanda, Starmer özü də vəzifəsindən getmək planlarının olmadığını və yeni liderlik müsabiqəsinə başlamağı məqsədəuyğun hesab etmədiyini bildirdi.
Əziz Musafa






































































.jpg)
.jpg)
.jpg)











