Ermənistan prezidenti dəyişməyi nəzərdən keçirir
Hakim "Vətəndaş Müqaviləsi" partiyasının bir neçə üzvü Ermənistan prezidentliyi uğrunda mübarizə aparır. Bu barədə Oxuməni.az “Hraparak" qəzetinin məlumatına istinadla xəbər verir.
Qəzetin məlumatına görə, siyasi dairələr hazırkı prezident Vaaqn Xaçaturyanın səhhətini müzakirə edir. Onun 2029-cu ildə səlahiyyət müddəti bitməmişdən əvvəl vəzifəsindən gedə biləcəyi mümkündür.
Xaçaturyan 2022-ci ildə yeddi illik müddətə prezident seçilib.
Qəzet qeyd edir ki, bu müzakirələr fonunda artıq prezidentliyə potensial namizədlər ortaya çıxıb. Onların arasında hökumət aparatının rəhbəri Araik Harutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da var.
Qəzetin məlumatına görə, Araik Harutyunyanın namizədliyi əvvəlki prezident seçkilərində də nəzərdən keçirilib, lakin hakim partiya daxilində dəstək almayıb.
Almaz Həsənli


























































.jpg)
.jpg)
.jpg)






















