Ukrayna və ABŞ cəbhədə atəşkəs və gələcək razılaşmanı müzakirə edir
Hazırda ABŞ və Rusiya arasında qeyri-rəsmi danışıqlar yenidən başlayıb, Ukrayna və Donald Trampın komandası arasında isə gündəlik təmaslar davam edir. Oxuməni.az xəbər verir ki, "The Economist"in əldə etdiyi məlumata görə, müzakirə olunan ideyalardan biri iki mərhələli atəşkəsdir - əvvəlcə cəbhə xəttinin hər iki tərəfində 50-70 km-lik döyüş əməliyyatlarının məhdudlaşdırılması, sonra isə daha geniş bir razılaşmanın əldə olunması.
Eyni zamanda, yüksək rütbəli Ukrayna rəsmisi bildirib ki, Rusiya oktyabra qədər heç bir addım atmayacaq, çünki bu zaman Trampa seçkiqabağı impuls vermək və "müqabilində nəsə almaq" istəyəcək.
"Rusların gələn bahara qədər vaxt udacağı daha realdır, çünki Ukraynanın enerji infrastrukturuna qarşı raket və dronlardan istifadə edərək aparılan dağıdıcı qış kampaniyasının onu güzəştə getməyə məcbur edəcəyini gözləyirlər", - nəşr proqnozlaşdırır.
"The Economist" yazır ki, Vladimir Putinin Ukraynaya qarşı müharibədən imtina edəcəyini gözləmək, yaxud atəşkəs də daxil olmaqla, hər hansı yeni hadisələrdən ondan istifadə etməyəcəyini düşünmək mənasız olardı. Digər tərəfdən, yeni bir mənzərə formalaşır və bunu əsasən ukraynalılar yaradır.
"Putin bir vaxtlar müharibənin uzaqda baş verdiyi təəssürünü yaratmağa çalışırdı. Ruslar öz gözləri ilə tüstünü görəndə bunu edə bilməz", - Ukrayna diplomatı Lana Zerkal qeyd edib.
Almaz Həsənli

































































.jpg)
.jpg)
.jpg)
















