İran müqavilə pozulacağı təqdirdə ABŞ-ı "Üzünə Şillə" ilə hədələyib
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, ABŞ memorandum şərtlərini pozarsa və ya həddindən artıq tələblər irəli sürərsə, əvvəlkindən daha "üzünə daha güclü şillə" alacaq.
Oxuməni.az xəbər verir ki, O, bunu X sosial media profilində yazıb.
O qeyd edib ki, "Biz itaət edirik və Ali Rəhbər tərəfindən bizə həvalə edilmiş vəzifəmiz müqavilənin şərtlərinin və qaydalarının həyata keçirilməsini davam etdirməkdir".
Parlament nümayəndəsi həmçinin vicdansızlığa, müqavilə pozuntularına və həddindən artıq tələblərə sarsıdıcı cavab verəcəyinə söz verib.
Qalibaf yazıb: "Onların müharibədə bir dəfə üzünə şillə vurulubdur; əgər yenidən eyni yolu seçsələr, daha da güclü şillə alacaqlar".
Xatırladaq ki, əvvəllər ABŞ və İranın elektron şəkildə anlaşma memorandumu imzaladığını bildirmişdik; 19 iyunda Cenevrədə keçirilməsi planlaşdırılan mərasim baş tutmayacaq.
Daha sonra ABŞ İranla əldə edilən anlaşma memorandumunun rəsmi mətnini dərc edib.

Almaz Həsənli




















































.jpg)
.jpg)
.jpg)




























