Ukrayna və Almaniya şirkətləri Termit yerüstü robot sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər
Ukrayna və Almaniya şirkətləri də Termit yerüstü robot sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər.
"European Pravda" qəzetinin məlumatına görə, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən iclasından sonra Almaniyanın Müdafiə Naziri Boris Pistorius Almaniya ehtiyatlarından Ukraynaya üç rəqəmli sayda hava-hava raketlərinin tədarükünü, eləcə də yerüstü robot sistemlərinin birgə istehsalını elan edib.
Pistoriusun sözlərinə görə, Almaniya dəstəyini Ukraynanın ehtiyaclarına uyğunlaşdırmağa davam edəcək və ölkəsinin hava hücumundan müdafiəyə yönəldiyini vurğulayıb.
"Biz Ukraynaya daha bir IRIS-T sistemi çatdırdıq. Bu yaxınlarda IRIS-T SLS və IRIS-T SLM raketlərinin çatdırılmasını sürətləndirdik. Həmçinin öz inventarımızdan üçrəqəmli sayda hava-hava raketləri tədarük edəcəyik", - deyə o qeyd edib.
Pistorius həmçinin qeyd edib ki, Almaniya Jumpstart proqramı çərçivəsində əlavə PAC-3 raketlərinin alınması üçün 200 milyon dollar ayıracaq.
Bundan əlavə, alman nazirin sözlərinə görə, Ukrayna və Almaniya şirkətləri Termit yerüstü robot sistemlərinin birgə istehsalı barədə razılığa gəliblər. Lazımi istehsal müəssisələri Almaniyada yaradılacaq.
Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Kreml lideri Vladimir Putinin Ukraynaya qarşı təcavüzünün "dalana dirəndiyini" və müharibənin nəticələrinin Rusiya əhalisi tərəfindən getdikcə daha çox hiss olunduğunu bildirib.
Əziz Mustafa















































.jpg)
.jpg)
.jpg)

































