Tramp Süleymaninin məhv edilməsinin təfərrüatlarını açıqladı

Tramp Süleymaninin məhv edilməsinin təfərrüatlarını açıqladı

16:01
Bəyəndim (1) Bəyənmədim (0)


Amerika prezidenti Donald Tramp bildirib ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatını İsraillə birgə hazırlayıb.
Oxuməni.az “TASS”a istinadən xəbər verir ki, bu barədə o, Evian-le-Ben şəhərində keçirilən G7 sammitində iştirakının yekunlarına dair mətbuat konfransında danışıb.
"Xatırlayırsınız, mən onu ölüm dərəsində partlatdım. O, təyyarədən enmişdi və biz onu izləyirdik. Və, düzünü desəm, İsrail mənə qarşı çox yaxşı davrandı, lakin onlar bu hücumu həyata keçirmək istəmirdilər. Onlar əməliyyatdan əvvəlki gecə tam hazırdılar. Lakin, düşünürəm ki, onlar bunu etmək istəmədilər, buna görə də mən qərar qəbul etməli oldum", - deyə Amerika lideri bildirib.
"Daşınmaz əmlak sahəsində dediyimiz kimi, bu, İsraillə bizim aramızda birgə müəssisə idi. Biz bir ay ərzində hazırlıq gördük, onun hansı təyyarə ilə uçacağını bilirdik, təxminən bir ay əvvəldən. O, yalnız kommersiya reysləri ilə uçurdu: böyük, çox sərnişinli təyyarələrlə, çünki bilirdi ki, biz belə təyyarələri vurmarıq", - deyə Tramp əlavə edib.
Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad hava limanı yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin raket hücumu nəticəsində öldürülüb. Cavab olaraq İran 8 yanvar 2020-ci il gecəsi İraqda Amerika hərbçilərinin istifadə etdiyi iki obyekti raket atəşinə tutub.
Almaz Həsənli