Fox News: İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları yerində məhv ediləcək

Fox News: İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları yerində məhv ediləcək

13:54
Bəyəndim (1) Bəyənmədim (0)

İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları yerində məhv ediləcək. Oxuməni.az xəbər verir ki, Fox News telekanalının ABŞ və İran arasında imzalanan memorandumun mətninə istinadən verdiyi məlumata görə, bu proses Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən nəzarət olunacaq.

Sənəddə həmçinin Hörmüz boğazının dərhal açılması, döyüş əməliyyatlarının dayandırılması və İran limanlarının blokadasının tədricən qaldırılması barədə müddəa yer alır. Mətnə əsasən, Tehran beynəlxalq bazarlarda neft satmaq hüququ əldə edəcək. Bundan əlavə, 300 milyard dollarlıq İranın bərpa fondu yaradılması nəzərdə tutulur. Fars körfəzi ölkələrinin bu fondun iştirakçıları olacağı gözlənilir, lakin ABŞ-ın mexanizmin maliyyələşdirilməsində iştirak etməyəcəyi bildirilir – bu barədə dünən prezident Donald Tramp bəyan etmişdi.

Ayrı bir maddə İranda biznes fəaliyyəti ilə bağlıdır. Amerika tərəfi xarici şirkətlərin İran bazarında fəaliyyət göstərməsi üçün lazım olan lisenziyaların, istisnaların və icazələrin verilməsinə nəzarət edəcək. Telekanalın məlumatına görə, Tehran üzərindən sanksiyaların qaldırılması son razılaşmanın imzalanması ilə əlaqələndirilməsi təklif olunur. Mətnə əsasən, onun şərtləri mövcud razılaşmalarla müqayisədə daha sərt olacaq.

Donald Tramp, Versaldakı ziyafət zamanı Fransa prezidenti Emmanuel Makronla görüşdə memorandumun bir nüsxəsinin imzalanması barədə elan edib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqayı hər iki tərəfin anlaşma memorandumu imzaladığını bildirmişdi.

Almaz Həsənli