Pakistan: İran dərhal Hörmüz boğazını açacaq
ABŞ və İran arasında müharibənin dayandırılması barədə memorandum, danışıqlarda vasitəçilik edən Pakistanın iddiasına görə, imzalanmasından sonra artıq qüvvəyə minib, buna görə də Hörmüz boğazı dərhal gəmiçilik üçün açılacaq. Oxuməni.az xəbər verir ki, bu barədə cümə axşamı Pakistanın Baş naziri Şahbaz Şərif X sosial şəbəkəsində bildirib və əlavə edib ki, ABŞ eyni zamanda İran limanlarının blokadasını da dayandıracaq.
ABŞ və İran prezidentləri Donald Tramp və Məsud Pezeşkian memorandumu 17 iyun tarixində imzalayıblar. Bu memorandum əsasında 60 gün ərzində yekun sülh müqaviləsinin şərtləri razılaşdırılmalıdır.
Pakistan sənədin rəsmi imzalanmasını 19 iyunda Qətərın dəstəyi ilə İsveçrədə keçirməyi planlaşdırır, baxmayaraq ki, dövlət başçıları artıq sənədə rəqəmsal imza atıblar. Şərifin sözlərinə görə, Luzern yaxınlığındakı Bürgenştok kurort otelində keçiriləcək bu mərasim "vacib mərhələni" qeyd etmək və yekun sülh sazişi üzrə "texniki səviyyədə" danışıqlara başlamaq məqsədi daşıyır.
Almaz Həsənli

















.jpg)
.jpg)
.jpg)































































