AB Rusiyaya qarşı sanksiyaları altı ay əvəzinə 12 ay uzatmaq niyyətindədir

AB Rusiyaya qarşı sanksiyaları altı ay əvəzinə 12 ay uzatmaq niyyətindədir

07:56
Bəyəndim (2) Bəyənmədim (0)

Avropa Birliyi Rusiyaya qarşı sektoral sanksiyaların müddətini əvvəlki altı ay əvəzinə bir ilə qədər ikiqat artıracaq.
Avropa Birliyi cümə axşamı, 18 iyun tarixində Rusiyaya qarşı sektoral sanksiyaların müddətini əvvəlki altı ay əvəzinə bir il uzatmaq barədə razılığa gələcək. Bu barədə Azadlıq Radiosunun müxbiri Rikard Yozviak Twitter-də bildirib.

"İdeya ondan ibarətdir ki, AB liderləri Rusiya əleyhinə sanksiyaları indiki altı ay əvəzinə 12 ay uzatmaq barədə razılığa gələcəklər. Görünür, Slovakiya və Macarıstanın heç bir etirazı yoxdur. Rəsmi uzatma ilk dəfə bu yayın sonlarında baş tutacaq", - deyə jurnalist yazıb.

21-ci paketdəki Rusiya əleyhinə sanksiyaların əsas məqsədi Ukraynadakı müharibənin maliyyələşdirilməsinə kömək edən təcavüzkarın enerji sektoruna yönəlib.

Xatırladaq ki, Bolqarıstan Avropa İttifaqı tərəfindən Rusiya əleyhinə sanksiyaların 21-ci paketinin bir hissəsinə qarşı çıxıb.

Əvvəllər Avropa Komissiyasının Rusiya Patriarxı Kirillin 21-ci sanksiyalar paketinə daxil edilməsini təklif etdiyi bildirilirdi.

Əziz Mustafa