ABŞ BMT-yə humanitar yardım üçün 1 milyard dollardan çox vəsait ayırıb

ABŞ BMT-yə humanitar yardım üçün 1 milyard dollardan çox vəsait ayırıb

16:06
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti çərşənbə axşamı, bildirdi ki, Amerika Birləşmiş Ştatları BMT-yə humanitar məqsədlər və təbii fəlakətlər zamanı yardım üçün 1 milyard dollardan çox maliyyə dəstəyi göstərəcək.
Oxuməni.az xəbər verir ki, vəsaitlər UNICEF Uşaq Fondu və Dünya Qida Proqramına (DQP) yönəldiləcək ki, bu da onlardan 40-dan çox ölkədə insanların həyatını xilas etmək üçün istifadə edəcəklər.
Ayrılan pulların əsas hissəsi – 800 milyon dollardan çoxu – DQP -yə çatacaq. UNICEF təxminən 218 milyon dollar alacaq.
Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, vəsait alanlar arasında davam edən böhranlar fonunda əhəmiyyətli humanitar ehtiyacları olan ölkələr, o cümlədən Efiopiya, Myanma və Ukrayna var. UNICEF və DQP bu vəsaitləri öz mandatlarına uyğun olaraq ərzaq, səhiyyə, uşaqların müdafiəsi, logistika və digər sahələrdə yardım göstərmək üçün istifadə edəcəklər.
Bir ay əvvəl ABŞ BMT-yə 1,8 milyard dollar ayırdığını elan etmişdi. Dekabrda Prezident Donald Tramp administrasiyası təşkilata 2 milyard dollar vermişdi.
Qeyd edək ki, Trampın Ağ Evə qayıtmazdan əvvəl ABŞ-ın maliyyə töhfələri bir sıra hallarda indiki rəqəmlərdən dəfələrlə yüksək idi. Bundan əlavə, Amerika Birləşmiş Ştatları BMT-yə ödənilməmiş üzvlük haqları formasında hələ də milyardlarla dollar borcludur.
Almaz Həsənli