Starmer Böyük Britaniya Müdafiə Nazirliyinin büdcəsini artıra bilmədi

Starmer Böyük Britaniya Müdafiə Nazirliyinin büdcəsini artıra bilmədi

14:49
Bəyəndim (1) Bəyənmədim (0)


Böyük Britaniyanın Baş naziri Kir Starmer, Müdafiə Naziri Con Hili istefaya getdikdən sonra Britaniya silahlı qüvvələrinin maliyyələşdirilməsi üçün əlavə vəsait tapa bilmədiyini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
O, G7 sammiti zamanı bildirib ki, hökumətin ölkənin müdafiəsinə investisiya üçün əvvəllər nəzərdə tutulmuş 13,5 milyard funt sterlinqdən artıq vəsaiti yoxdur.
Starmerin sözlərinə görə, yeni Müdafiə Naziri Den Carvis hazırda investisiya planını araşdırır və "bu pulları hara xərcləmək istədiyinə" qərar verir. Baş nazir həmçinin silahlı qüvvələri gücləndirmək üçün bir neçə "sərt" qərar qəbul etdiyini, keçən il xarici yardımı azaltdığını və hökumət idarələrinin maliyyələşdirilməsində ixtisarlara nail olduğunu qeyd edib.
Müdafiə xərclərinin qeyri-kafi tempi ilə razılaşmamaq, əvvəlki Müdafiə Naziri Con Hilinin istefasının səbəbi olub. O, "artmaqda olan təhdidlər dövründə" görülən tədbirləri kifayətsiz hesab edib. Keçmiş nazir Kir Starmerə yazdığı məktubda qeyd edib ki, ona daxil olan məlumatlara görə, 2030-cu ilə qədər müdafiə xərcləri ÜDM-in yalnız 2,68%-nə çatacaq. Bununla belə, Starmer daha əvvəl büdcənin hərbi maddəsini 2029-cu ilə qədər ÜDM-in 3%-nə qədər artırmağa söz vermişdi.
Almaz Həsənli