Hörmüz boğazından keçid pullu ola bilər
ABŞ, Amerika hərbi gəmilərinin müşayiəti ilə Hörmüz boğazından keçidin pullu edilməsini müzakirə edir. Oxuməni.az xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən yazıb.
Qeyd olunur ki, Ağ Ev, ABŞ və İran arasında davam edən danışıqlar fonunda, gəmi sahiblərinin və sığorta şirkətlərinin Hörmüz boğazı marşrutuna maraqlı olacağı variantları nəzərdən keçirir. Xüsusilə, gəmilərə ABŞ hərbi gəmilərinin müşayiəti ilə pul müqabilində boğazdan sürətli keçid üçün belə adlandırılan "VIP-keçid"in verilməsi müzakirə olunur.
Nəşrin jurnalistləri vurğulayırlar ki, hələlik yekun qərar qəbul edilməyib.
Analitik "Kpler" şirkəti bildirir ki, Fars körfəzində, Hörmüz boğazının girişində təxminən 500 gəmi, o cümlədən 220 neft tankeri var. Hamısı boğazdan təhlükəsiz keçidi gözləyir.
Bir gün əvvəl CNN telekanalı mənbələrə istinadla xəbər verib ki, Amerika kəşfiyyatı İrana istənilən vaxt Hörmüz boğazını bağlamaq imkanına malik olduğunu düşünür.
Almaz Həsənli



















































































