G7 ölkələri ABŞ və İran arasında hərtərəfli razılaşmanın hazırlanmasını dəstəkləyiblər

G7 ölkələri ABŞ və İran arasında hərtərəfli razılaşmanın hazırlanmasını dəstəkləyiblər

08:02
Bəyəndim (2) Bəyənmədim (0)

G7 ölkələri ikitərəfli anlaşma memorandumuna əsasən ABŞ və İran arasında hərtərəfli razılaşmanın hazırlanmasını dəstəkləyir. Bu, Fransada görüşən G7 liderlərinin geosiyasi məsələlər üzrə birgə bəyanatında bildirilir.

Sənədə əsasən, ölkələr ABŞ və İran arasında anlaşma memorandumuna uyğun olaraq "hərtərəfli diplomatik razılaşmanın" hazırlanmasını "qətiyyətlə dəstəkləyirlər" və "bütün regionda sülh və təhlükəsizliyi təmin edə bilərlər". Bəyanatda deyilir: "Biz bu danışıqların İranın regionda və ondan kənarda yaratdığı təhdidləri aradan qaldırmaq və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək üçün zəruriliyini vurğulayırıq. Biz razıyıq ki, bu danışıqlar regional və beynəlxalq tərəfdaşların, o cümlədən MAQATE-nin iştirakı ilə asanlaşdırılacaq".

Sənəddə G7 ölkələrinin Livanda "təcili atəşkəs"ə dəstəyi, ölkə hökumətinin Hizbullah qüvvələrini tərksilah etmək səyləri və "müvafiq beynəlxalq təhlükəsizlik tədbirləri ilə Livanın ərazi bütövlüyü və suverenliyinin qorunması" vurğulanır.

Əziz MUSTAFA