CIA rəhbəri İranın nüvə proqramı ilə bağlı güzəştlərə hazır olub-olmadığından şübhələnir

CIA rəhbəri İranın nüvə proqramı ilə bağlı güzəştlərə hazır olub-olmadığından şübhələnir

13:09
Bəyəndim (1) Bəyənmədim (0)


CIA-nın direktoru Con Retkliff, ABŞ prezidentinə və administrasiyanın digər üzvlərinə İranın ABŞ ilə yekun razılaşma çərçivəsində nüvə proqramı ilə bağlı güzəştlərə getməyə hazır olub-olmadığına dair şübhələrini bildirib. Oxuməni.az xəbər verir ki, bu barədə "Axios" nəşri üç məlumatlı mənbəyə istinadən məlumat verib. Mənbələrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Hecset də eyni fikirdə olublar.
Şübhələrə əsas, Amerika xüsusi xidmət orqanları tərəfindən toplanmış məlumatlar olub. "Kəşfiyyat məlumatları göstərir ki, İran tərəfinin niyyətləri razılaşma çərçivəsindəki öhdəlikləri ilə üst-üstə düşmür", - deyə "Axios"un mənbələri bildirir. Onların sözlərinə görə, İran rəsmiləri öz aralarında bir cür danışır, vasitəçilərə və ABŞ-a isə başqa cür. Bu, İranın ABŞ-ın ondan tələb etdiyi güzəştlərə getməyə hazır olmadığını göstərir.
"Axios"a bu məlumatı şərh edən Ağ Ev nümayəndələri bildiriblər ki, prezident Tramp "hər bir məsələ ilə bağlı bütün fikirləri dinləyir, lakin hamı başa düşür ki, yekun qərarı o özü verir". Orada həmçinin vurğulanıb ki, prezident yalnız "yaxşı" yekun razılaşmanı təsdiqləyəcək.
Oxuməni.az xəbər verir ki, ABŞ və İran arasında anlaşma memorandumu 15 iyun gecəsi razılaşdırılıb. Sənədin rəsmi imzalanması iyunun 19-na planlaşdırılıb və İsveçrədə baş tutacaq.
Almaz Həsənli