ABŞ-da B-52 nüvə bombardmançı təyyarəsi qəzaya uğrayıb
15 iyun Bazar ertəsi günü ABŞ-ın Kaliforniya ştatında strateji bombardmançı təyyarənin sınaq uçuşu zamanı fəlakət baş verib. ABC News-un verdiyi məlumata görə, ağır bombardmançı təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.
B-52 Stratofortress təyyarəsi Endryus Hərbi Hava Qüvvələri Bazasının ərazisinə düşüb.
Xilasetmə bölmələri hadisə yerinə gəlib; mütəxəssislər vəziyyəti sabitləşdirməyə çalışırlar.
"Təcili yardım briqadaları dərhal hadisə yerinə gəlib və vəziyyət davam edir", - bazanın açıqlamasında deyilir.
Rəsmilər vəziyyətin ciddiliyini təsdiqləyiblər. Təmizləmə əməliyyatı davam edir. Qəzanın səbəbi hələ açıqlanmayıb.
Xatırladaq ki, bu ilin may ayında ABŞ-ın Aydaho ştatında keçirilən hava şousu zamanı iki qırıcı təyyarə havada toqquşub.
Əziz Mustafa









































































.jpg)
.jpg)









