Tramp və Zelenski 16 iyun tarixində Fransada keçiriləcək G7 sammitində iştirak edəcəklər
ABŞ prezidenti Donald Tramp və onun ukraynalı həmkarı Volodimir Zelenski iyunun 16-da Fransada keçiriləcək G7 ölkələrinin liderlərinin işgüzar görüşünə qoşulacaqlar. Oxuməni.az xəbər verir ki, bu barədə Reuters və AFP agentlikləri mənbələrə istinadən məlumat yayıb.
Reuters-in məlumatına görə, Donald Tramp və Volodimir Zelenski tədbir zamanı ayrıca görüş keçirə bilərlər. G7 sammiti iyunun 15-17-də Evian şəhərində baş tutacaq.
ABŞ və Ukrayna prezidentlərinin əvvəlki görüşü yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumunda baş tutub. Dövlət başçılarının danışıqları təxminən bir saat davam edib.
Almaz Həsənli
Digər xəbərlər







































.jpg)
.jpg)
.jpg)










































