Rusiya Ermənistandan bütün karantin məhsullarının idxalını qadağan edib

Rusiya Ermənistandan bütün karantin məhsullarının idxalını qadağan edib

11:39
Bəyəndim (1) Bəyənmədim (0)

12 iyun tarixindən etibarən Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət-red.) Ermənistandan Rusiyaya bütün karantin məhsullarının idxalını, eləcə də onların AİB ölkələrinə tranzitini məhdudlaşdırıb. Oxuməni.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un rəsmi veb saytı məlumat verib.

Agentlik bildirib ki, karantin maddələrini sistematik şəkildə müəyyən edir və Ermənistan tərəfiniə edilən xəbərdarlıqlara baxmayaraq, bu, davam edir. Bundan əlavə, Rosselxoznadzorun məlumatına görə, iyun ayında Ermənistan qoz-fındığında, quru şaftalısında və quru pomidorunda üç xapra böcəyi yoluxması halı aşkar edilib.

Karantin məhsullarına "yüksək fitosanitar risk" olan mallar daxildir. Rosselxoznadzorun veb saytındakı siyahıya çiçəklər, tərəvəzlər, meyvələr, giləmeyvələr, taxıl bitkiləri, tütün, ağac və daha çox şey daxildir.

Rosselxoznadzor may ayında Ermənistandan malların idxalını məhdudlaşdırmağa başlayıb. Əvvəlcə qadağaya güllər və “Cermuk” mineral suyu, ardınca tərəvəzlər, çiyələklər, quru meyvələr və daha çox şey daxil idi.

Almaz Həsənli