İndoneziyada yağan yağışlar ən nadir orangutanların 7%-ni məhv edib

İndoneziyada yağan yağışlar ən nadir orangutanların 7%-ni məhv edib

15:40
Bəyəndim (2) Bəyənmədim (0)


2025-ci ilin noyabrında İndoneziyanın Sumatra adasında yağan güclü yağışlar nəticəsində dünyanın ən nadir böyük meymun növü hesab edilən tapanuli orangutanlarının təxminən 7%-i həlak olub. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Cell Press" elmi jurnalında dərc olunub.
Alimlər 2017-ci ildə kəşf edilmiş tapanuli orangutanlarının populyasiyası üzrə tədqiqat aparıblar. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu növün sayı 800 fərddən azdır.
Tədqiqat göstərib ki, yalnız Şimali Sumatradakı Batang-Torun ekosistemində yaşayan tapanuli orangutanları noyabr 2025-ci ildə baş vermiş təbii fəlakətlərə səbəb olan güclü yağışlardan ciddi zərər görüb, nəticədə yüzlərlə insan həlak olub.
Tədqiqatın nəticələrinə görə, leysan yağışlarının səbəb olduğu təbii fəlakətlər nəticəsində kritik təhlükə altında olan bu növün təxminən 58 orangutanı həlak olub. Bu, bütün populyasiyanın təxminən 7%-ni təşkil edir.
Tədqiqatın müəllifləri həmçinin xəbərdarlıq ediblər ki, regionda ekstremal hava hadisələrinin gələcəkdə də güclənməsi ehtimal olunur ki, bu da tapanozlu orangutanlarının yaşayış mühitinə ciddi təhlükə yarada bilər.
Almaz Həsənli