Tailandda 2015-ci il terror aktına görə iki uyğur ölüm cəzasına məhkum edilib

Tailandda 2015-ci il terror aktına görə iki uyğur ölüm cəzasına məhkum edilib

13:12
Bəyəndim (1) Bəyənmədim (0)


Tailand məhkəməsi 2015-ci ildə Banqkokun mərkəzində baş vermiş və 20 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar Sincan-Uyğur Muxtar Rayonundan olan iki nəfəri ölüm cəzasına məhkum edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məhkəmənin müvafiq qərarına istinad edir.
Partlayış paytaxtın turizm rayonunda, Eravan ziyarətgahı yaxınlığında baş verib. Qurbanlar arasında beş nəfər materik Çindən, iki nəfər isə Honq Konqdan olub. Hücum nəticəsində daha 120 nəfər yaralanıb.
Məhkəmə qərarında qeyd edildiyi kimi, təqsirləndirilənlərin hərəkətləri "bir çox ayrı-ayrı cinayətləri təşkil edir". Qəsdən adam öldürmə ittihamı ölüm cəzasına səbəb olub. Təqsirləndirilənlər özlərini təqsirli bilməyiblər. Onlardan birinin vəkili Çuçat Kanpayın bildirdiyinə görə, onlar bir ay ərzində hökmdən şikayət verəcəklər.
Qeyd edək ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. “Reuters” agentliyinin yazdığına görə, ekspertlər bu hadisəni hadisədən bir ay əvvəl Tailanddan Çinə 100-dən çox uyğurun deportasiyası ilə əlaqələndirirlər.
Almaz Həsənli