ABŞ Kuba prezidentini qaçırmağı düşünür
Pentaqon rəhbəri Pit Heqset ABŞ-ın Kuba prezidenti Migel Dias-Kaneli qaçırmağı düşündüyünü bildirib. Oxuməni.az xəbər verir ki, onun sözləri “RİA Novosti” agentliyi tərəfindən bildirilib.
Hərbi nazirdən Vaşinqtonun Kuba liderini qaçırmağı düşünüb-düşünməyəcəyi soruşulub. Heqset cavab olaraq "Bütün variantlar masadadır" deyib. Lakin o, mümkün hərəkətlərlə bağlı son qərarın ABŞ prezidenti Donald Tramp tərəfindən veriləcəyini vurğulayıb.
Xatırladaq ki, 3 yanvarda Amerika əsgərləri Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını əsir götürərək ölkədən çıxarıblar.
Almaz Həsənli
Digər xəbərlər
































.jpg)




















.jpg)





























