Roblox bloklanmadan sonra Rusiyada yenidən fəaliyyətə başlayıb
Rusiya Rəqəmsal İnkişaf Nazirliyi, uşaqlar arasında populyar olan onlayn oyun platforması Roblox-un ölkədə fəaliyyətinin bərpa olunduğunu elan edib. Oxuməni.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib. "Roblox şirkəti istifadəçilərin təhlükəsizliyini təmin etmək üçün Rusiya qanunvericiliyinin tələblərini tam yerinə yetirib. Onlayn oyun xidməti artıq Rusiyanın bütün ərazisində əlçatandır", - çərşənbə günü elanda bildirib.
Bloklanmanın aradan qaldırılmasından əvvəl nazirlik, gənc istifadəçilərin qorunması tədbirləri barədə xidmət sahibləri ilə birbaşa danışıqlar aparıb. Məsləhətləşmələrin nəticəsində korporasiya oyunlara girişi məhdudlaşdıran yaş həddi sistemini tətbiq edib və platformada arzuolunmaz məzmunla mübarizə öhdəliyini də öz üzərinə götürüb, bu barədə Rəqəmsal İnkişaf Nazirliyinin press-relizində qeyd olunur.
Bir gün əvvəl məlum olub ki, Rəqəmsal İnkişaf Nazirliyi və Roskomnadzor, korporasiya rəhbərliyindən qanunvericiliyə riayət olunması barədə alınan zəmanətlərə istinad edərək, Roblox-un bloklanmasının aradan qaldırılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Platforma Rusiyanın ərazisində 3 dekabr 2025-ci il tarixində bloklanmışdı. Həmin ayın sonunda şirkət Roskomnadzor ilə əlaqəyə girərək, fəaliyyətini Rusiya normalarına mərhələli şəkildə uyğunlaşdırmağa hazır olduğunu bildirib.
Roblox - 2006-cı ildə istifadəyə verilmiş Amerika onlayn oyun platformasıdır. Xidmət istifadəçilərə həm öz oyunlarını yaratmağa, həm də digər müəlliflərin layihələrində oynamağa imkan verir. 2025-ci ilin üçüncü rübünün məlumatına görə, gündəlik aktiv auditoriyası 150 milyondan çox insanı əhatə edir.
Platformanın tərtibatçısı - Roblox Corporation - mart 2021-ci ildə Nyu-York Fond Birjasına təxminən 45 milyard dollar bazar dəyəri ilə birbaşa listinq yolu ilə daxil olub.
Almaz Həsənli
































.jpg)




















.jpg)





























